XİN ABŞ-yə başsağlığı verdi

Siyasət
06-07-2025 - 15:28
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.
Ajans.az xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.
“ABŞ-nin Texas ştatının mərkəzini vuran daşqınlar nəticəsində çoxlu sayda insan ölümü və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk”, - paylaşımda qeyd olunub.