Dağıstanda güclü ZƏLZƏLƏ
Dağıstanda 5.3 bal gücündə zəlzələ oldu.
Ajans.az Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin mərkəzi Dağıstan Respublikasının İzberbaş şəhəri yaxınlığında 14 km dərinlikdə olub.
Bildirilir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Rusiyanın İzberbaş şəhərindən 28 km şərqdə, Dərbənddən 51 km şimal-şimal-qərbdə qeydə alınıb.
Zəlzələnin rixter cədvəli ilə 5.3 bal gücündə olduğu bildirilir.

Mövzular: