Xəstəxanalar, təhsil və sosial müəssisələrdə yeni qida normaları müəyyənləşəcək

Cəmiyyət
21-06-2025 - 11:18
Tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsası yaradılır.
Ajans.az -ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yaşayış minimumu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, xəstəxanalar, təhsil və sosial müəssisələrdə yeni qida normaları müəyyənləşəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Külli miqdarda rüşvətə görə şərti məhkum edilmiş sabiq direktor VƏFAT ETDİ
Cəmiyyət19:15 / 15-07-25