Dəhşətli hadisə: xəstə HƏKİM SƏHVİNDƏN ÖLDÜ

Dəhşətli hadisə: xəstə HƏKİM SƏHVİNDƏN
Sağlamlıq 04-11-2025 - 16:53

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə  cərrahi əməliyyat olunmuş şəxsin ölməsi ilə prokurorluq tərəfindən araşdırma aparılır.

Ajans.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olmuş sorğulara cavab olaraq bildirilir ki,  Lənkəran Rayon Mərkəzi Xəstəxanasında “sol tərəfi boğulmuş qasıq yırtığı diaqnozu” ilə  cərrahi əməliyyat olunmuş 1965-ci il təvəllüdlü Siyavuş Rzayevin noyabrın 4-də həmin xəstəxanada vəfat etməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır",-məlumatda deyilir..

Murad Əliyev
Vəzifəsi: Müxbir
PAYLAŞ: