Xarici təyyarə Rusiya səmasında təcili siqnal VERDİ

“Uzbekistan Airlines” xarici aviaşirkətinə məxsus təyyarə Rusiya səmasında fövqəladə vəziyyət siqnalı verib.
Ajans.az xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb.
Aprelin 22-də Airbus A320 sərnişin təyyarəsi Moskvanın Vnukovo hava limanından Özbəkistanın Fərqanə şəhərinə uçurdu. Təyyarə Samara bölgəsində uçarkən, göyərtəsində xəstələnən sərnişinə görə ekipaj təcili siqnal verib.
Pilotlar Samarada planlaşdırılmamış Kurumoch aerodromuna enməyə qərar veriblər. Eniş uğurlu alınsa da, sərnişinin taleyi açıqlanmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.