Xankəndi Zirvəsinin rəsmi naharı Şuşada VERİLDİ

Siyasət
04-07-2025 - 19:30
İyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşününün rəsmi naharı Şuşada verilib.
Ajans.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İyulun 4-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə rəsmi nahar verilib.