Vilnüs hava limanı fəaliyyətini DAYANDIRDI

Vilnüs hava limanı fəaliyyətini
hava limanı
Dünya 05-10-2025 - 08:14

Litvada Vilnüs hava limanı isti hava balonlarının yaxınlaşması ilə bağlı məlumatlara görə gələn və gedən uçuşları dayandırdığını açıqlayıb.

Ajans.az xəbər verir ki, bu barədə hava limanının “Facebook” səhifəsində məlumat verilib.

"Vilnüs Hava Limanına hava hərəkətinin müvəqqəti dayandırıldığı barədə məlumat daxil olub. Əldə etdiyimiz məlumata görə, bu qərar bir sıra isti hava balonlarının Vilnüs hava limanına doğru hərəkət etməsi ilə əlaqədar qəbul edilib", - məlumatda deyilir.

PAYLAŞ: