Vikipediya sahibi bununla ittiham olunur

Vikipediya sahibi bununla
Dünya 02-06-2025 - 16:51

Moskvanın Taqanski Məhkəməsi Wikipedia elektron ensiklopediyasına sahib olan Vikimedia Fonduna qarşı pedofiliyanın təbliğatı ilə bağlı protokol tərtib edib.

Ajans.az xəbər verir ki, bu barədə “Kommersant” yazır.

Protokolun iyunun 2-də qeydə alındığı bildirilir. İş üzrə məhkəmə iclası iyunun 23-ü saat 10:00-a təyin edilib.

İş materiallarında bildirilib ki, fond İnzibati Xətalar Məcəlləsinin (İXM) 6.21.1-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqda ittiham olunub. Qeyd olunur ki, fond bir neçə milyon rubl məbləğində inzibati cərimə və ya fəaliyyətinin inzibati dayandırılması ilə üzləşir.

2024-cü ilin avqustunda Wikimedia Fondu dörd milyon rubl cərimə olunub. Qeyd olunub ki, buna səbəb Vikipediyanın qadağan olunmuş məlumatları silməkdən imtina etməsi olub. Elektron ensiklopediyanın hansı qeyri-qanuni məzmunu silmədiyi açıqlanmayıb.

2024-cü ilin martında məhkəmə qadağan olunmuş məlumatları silmədiyi üçün Vikipediya sahibini də cərimələyib. Cərimənin məbləği üç milyon rubl təşkil edib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: