Üzərinə benzin tökülən şəxs yanaraq ÖLDÜ

Üzərinə benzin tökülən şəxs
Hadisə 21-06-2025 - 10:43

Ehtiyatsızlıqdan yanıq xəsarətləri alan Tovuz sakini vəfat edib.

Ajans.az Modernə istinadən xəbər verir ki  34 yaşlı Zabil İbrahimov gecə saatlarında yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, səhər saatlarında həyatını itirib. 

İlkin məlumata görə, o, ehtiyatsızlıqdan üzərinə tökülən benzinin alışmasından sonra yanıq xəsarətləri alıb. 

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ: