Universitet və nazirliklər köçürülsün - Deputatdan TƏKLİF

Universitet və nazirliklər köçürülsün -
Cəmiyyət 08-04-2025 - 17:36
 385

“Bakıdakı sıxlığı aradan qaldırmaq üçün ali təhsil müəssisələri, bəzi nazirliklər şəhərdən kənara köçürülməlidir”.

Bunu Ajans.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. O bildirib ki, nəqliyyat xidmətinin keyfiyyətinin yüksəldilməsi sahəsində çox mühüm addımlar atılmasına baxmayaraq, bu sahədə ciddi problemlər yaşanır:

“Bakıdakı sıxlıq insanların normal gediş-gəlişinə, nəqliyyatın sistemli işləməsinə çətinliklər yaradır. Bunun bir neçə səbəbi var. Son illərdə bir sıra körpülər, keçidlər yaradılıb, avtobusların sərbəst işləməsi üçün zolaqlar müəyyən edilib. Lakin yenə də narazılıqlar var.

Xüsusən avtobuslardakı sıxlıq narazılıq doğurur. Yaradılan şərait, imkanların səfərbər olunması bu çətinliklərin qarşısını almır. Bu ilk növbədə əhalinin çoxluğu ilə əlaqədardır”.  

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

 

Cavidan Mirzəzadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: