Ulduz oyunçunun bu görüntüsü GÜNDƏM OLDU

Ulduz oyunçunun bu görüntüsü
İdman 20-04-2025 - 13:59

Mövsümün sonunda "Barselona"dan ayrılacağı ilə bağlı xəbərlər yayılan və türk klubları ilə adı çəkilən Ansu Fati komandasının "Selta Viqo"ya 4-3 hesabı ilə qalib gəldiyi matçda əsəbini cilovlaya bilməyib.

Ajans.az bildirir ki, "Barselona"nın baş məşqçisi Hansi Flik Celta Viqo matçında 5 əvəzetmə hüququndan istifadə edib, lakin Ansu Fati oyuna daxil etməyib.

Oyuna vaxt ayıra bilmədiyindən hirsini cilovlaya bilməyən Ansu Fatinin jiletini atıb, sonra su soyuducuya təpik atıb.

Qəzəbini cilovlaya bilməyən Ansu Fati oyunçu ehtiyat oyunçular skamyasının pilləkənlərinə qalxan zaman onu bir daha təpiklədiyi, sonra isə mızıldanaraq yerinə qayıtdığı görülüb.

Ansu Fatinin qəzəblənməsi İspaniyada geniş əks-səda doğurub.

PAYLAŞ: