Ukrayna atəşkəsi qeyri-mümkün ELAN ETDİ

Nə Moskva, nə də Kiyev atəşkəsdə maraqlı deyil.
Ajans.az xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba deyib, onun məqaləsi Xarici İşlər saytında dərc olunub.
“Ağır reallıq ondan ibarətdir ki, nə Rusiyanın, nə də Ukraynanın döyüşləri dayandırmaq üçün o qədər də həvəsi yoxdur”, - deyə, o, atəşkəsin niyə mümkün olmadığını izah edib.
Onun sözlərinə görə, Rusiya ona mübarizəni davam etdirməyə imkan verən möhkəm iqtisadiyyat qurub. Eyni zamanda o, Ukraynanın güzəştə getməyə hazır olmadığını, ordunun isə hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər güclü olduğunu iddia edir.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.