Ukrayna 18 yaşlı gəncləri səfərbər edəcək

Dünya
12-04-2025 - 10:55
Ukrayna Silahlı Qüvvələri 18 yaşlı gəncləri səfərbər edəcəklərini açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 93-cü briqadasının komandiri Şamil Krutkov məlumat yayıb.
"Təəssüf ki, biz 18 yaşından etibarən səfərbər olacağımıza əminəm. Bunlar bizim qarşılaşmalı olduğumuz reallıqlardır", - o, əlavə edib.
Hazırda Ukraynada 18-24 yaş arası şəxslər səfərbərlik əsasında hərbi xidmətə çağırılmır. Eyni zamanda, onlar könüllülük əsasında “gənclər müqavilələri” imzalamağa fəal şəkildə həvəsləndirilir.