Ucarda qəza baş verdi, XƏSARƏT ALANLAR VAR

Ucarda qəza baş verdi,
Qəza
Hadisə 06-07-2025 - 19:29

Ucarda üç nəfərin xəsarət aldığı qəza olub.

Ajans.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

Göyçay rayon sakini Arzu İkram qızı Feyzullayevanın idarə etdiyi " KİA" və Bakı şəhər sakini Mahir Bəylər oğlu Şükürovun idarə etdiyi "Lexus" markalı minik avtomobilləri toqquşub. Nəticədə Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Türkan İlqar qızı Orucova, 2016-cı il təvəllüdlü Məriyəm Bəylər qızı Şükürlü və 2014-cü il təvəllüdlü Məltəm Mahir qızı Şükürlü müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: