"Uçan taksi"nin sürücüsü xəstəxanadan buraxıldı

"Uçan taksi"nin sürücüsü xəstəxanadan
Cəmiyyət 15-04-2025 - 14:50

Ötən həftə Bakıda "BYD" markalı avtomobili ilə dəhşətli qəza törədən sürücü Anar Nəcəfov xəstəxanadan evə buraxılıb. 

Ajans.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. 

Qeyd olunub ki, Nizami rayonu, Heydər Əliyev prospekti ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə aprelin 10-da saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü kişi öz istəyilə tibb müəssisəsindən buraxılıb:

“Aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb”.

PAYLAŞ: