Üç böyük ölkədən İsrailə xəbərdarlıq: Sanksiyalarla üzləşəcək

Üç böyük ölkədən İsrailə xəbərdarlıq:
Dünya 20-05-2025 - 15:59

Əgər İsrail Qəzzadakı hərbi əməliyyatları dayandırmasa, konkret sanksiyalarla üzləşəcək.

"Ajans.az" xəbər verir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer, Fransa prezidenti Emmanuel Makron və Kanadanın Baş naziri Mark Karni birgə bəyanat yayıb. Üç lider İsraildən hərbi əməliyyatları dayandırmağı və Qəzzaya təcili humanitar yardım göndərilməsi üçün icazə verməsini tələb ediblər. Vəziyyət çox ciddidir, çünki martın 2-dən Qəzzaya qida, dərman və yanacaq buraxılmayıb. BMT-nin verdiyi məlumata görə bu vəziyyət Fələstin xalqına “fəlakətli təsir” göstərib.

İsrailin baş naziri Netanyahu bazar  günü 11 həftəlik blokadadan sonra bölgəyə "əsas miqdarda qida" icazə verəcəyini açıqlayıb. Eyni zamanda bütün Qəzzanı nəzarətə almağı planlaşdırdığını söyləyib. Üç Qərb lideri bu addımı “tamamilə qeyri-adekvat” adlandırıb. Liderlər İsrailin mülki şəxslərə yardıma mane olmasının beynəlxalq hüquqa zidd ola biləcəyini vurğulayaraq Qəzzada iztirabların dözülməz həddə çatdığını bəyan ediblər. Onlar həmçinin bəzi İsrail rəsmilərinin “Qəzzanın dağıdılması qarşısında mülki əhalinin köçürülməyə başlayacağına” işarə edən bəyanatlarını pisləyiblər. "Daimi məcburi köçkünlük beynəlxalq hüququn pozulmasıdır" olduğunu da əlavə ediblər. BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletcher bildirib ki, Qəzzaya icazə verilən yardımın miqdarı ehtiyac duyulanla müqayisədə okeanda bir damladır. Qərb liderləri bəyanatda deyiblər: 
"Biz həmişə İsrailin özünü müdafiə haqqını dəstəkləmişik. Amma bu son hücumlar tamamilə qeyri-mütənasibdir".

Qeyd edək ki, liderlər həmçinin HƏMAS-ı 2023-cü il oktyabrın 7-də oğurlanan girovları dərhal azad etməyə çağırıb. Qəzzada hələ də 58 girov var, onlardan yalnız 23-nün sağ olduğu güman edilir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: