U-21 Azərbaycan millisinin yeni baş məşqçisinin adı AÇIQLANDI

U-21 Azərbaycan millisinin yeni baş məşqçisinin adı
futbol
İdman 04-10-2025 - 17:59

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub.

Ajans.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

U-21 əsas millinin ehtiyat bazası hesab olunur. Bu səbəbdən U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.