U-17 millisi Avropa çempionatında sonuncu matçına çıxıb

U-17 millisi Avropa çempionatında sonuncu
İdman 14-10-2025 - 19:26

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu - üçüncü matçına çıxıb.

 Ajans.az xəbər verir ki, IX qrupda yer alan komanda Rumıniya ilə üz-üzə gəlib.

Fransanın Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda keçirilən oyun rəqibin 5:1 hesablı qələbəsi ilə bitib.

Yığmanın yeganə qolunu 20-ci dəqiqədə Əli Bəşirov vurub.

PAYLAŞ: