Türkiyədə telekanal rəhbəri barədə HƏBS QƏRARI ÇIXARILDI

Türkiyədə telekanal rəhbəri barədə
Cafer Mahiroğlu
Dünya 10-06-2025 - 22:14

Türkiyənin “Halk” telekanalının İdarə Heyətinin sədri Cafer Mahiroğlu haqqında həbs qərarı çıxarılıb.

Ajans.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, telekanal sahibi tenderdə saxtakarlıq etməkdə təqsirləndirilir.

Məlumata görə, aparılan araşdırmalar nəticəsində Mahiroğlunun tender proseslərinə müdaxilə etdiyi müəyyən edilib.

Xaricə getdiyi müəyyən edilən “Halk TV”nin rəhbəri barədə məhkəmə növbətçi həbs qərarı çıxarıb.

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.