Türkiyədə şagirdlər dönərdən  ZƏHƏRLƏNDİ

Türkiyədə şagirdlər dönərdən 
zəhərlənmə
Dünya 16-05-2025 - 22:14

Türkiyədə onlarla şagird dönərdən ZƏHƏRLƏNDİ

Türkiyədə 40 şagird toyuq dönərindən zəhərlənib.

Ajans.az xəbər verir ki, hadisə Batman şəhərində qeydə alınıb.

Belde Məhəlləsindəki Raman Anadolu Liseyində təhsil alan 40-a yaxın şagirdin səhhətində problem yaranıb. Zəhərlənənlər Batman Təhsil və Araşdırma Xəstəxanasına müraciət ediblər.

Onların bəziləri müalicə olunaraq evə buraxılıb. Digərlərinin səhhətinin qənətbəxş olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

PAYLAŞ: