Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti bu səbəbdən AZƏRBAYCANA GƏLİR - FOTO

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti Naxçıvanda keçiriləcək “Sarsılmaz Qardaşlıq” təlimində iştirak etmək üçün Azərbaycana yola düşüb.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb.
Bildirilir ki, Həsrət körpüsündə bayraq mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, "Sarsılmaz Qardaşlıq" adlı kompüter dəstəkli komanda-qərargah təlimi təlim 12–19 iyun tarixləri arasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçiriləcək.
Ajans.az sizə paylaşımı təqdim edir:
???????????????? Nahçıvan Özerk Cumhuriyeti’nde icra edilecek Sarsılmaz Kardeşlik-2025 ve Mustafa Kemal Atatürk-2025 Tatbikatlarına katılmak üzere, Nahçıvan Özerk Cumhuriyeti’ne gidecek 1’inci Mekanize Piyade Tugay Komutanlığı personelini uğurlamak maksadıyla, 5’inci Hudut Tugay Komutanlığı… pic.twitter.com/rc1u0fOpby — T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) June 9, 2025