Türkiyə Ordusunda zəhərlənmə faktı QEYDƏ ALINIB

Türkiyə Ordusunda zəhərlənmə faktı
əsgər
Dünya 06-07-2025 - 18:30

Türkiyə Ordusunun 19 əsgəri İraqda mağarada metan qazından zəhərlənib, 5-i həyatını itirib.

Ajans.az xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə Ordusunun 19 əsgəri İraqda mağarada metan qazından zəhərlənib, 5-i həyatını İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri aparan Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib.

Qeyd edilib ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. İntensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün – iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib

Vertolyotla xəstəxanaya yerləşdirilən 19 əsgərdən 5-i həyatını itirib.

PAYLAŞ: