Türkiyə, Azərbaycan və Pakistan liderlərinin səmimi söhbəti -  VİDEO

Türkiyə, Azərbaycan və Pakistan liderlərinin səmimi söhbəti - 
Görüş
Siyasət 04-07-2025 - 21:14

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Pərviz Şərif Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasının qarşısında bir araya gəliblər.

Ajans.az xəbər verir ki, üç ölkə liderinin əl-ələ tutaraq səmimi söhbət etmələri nəzərlərdən yayınmayıb.

Pakistan Baş naziri coşqulu şəkildə "Türkiyə, Azərbaycan və Pakistan zindəbad" deyərək, üç ölkənin birliyini və həmrəyliyini vurğulayıb.

Ərdoğan isə buna "Maşallah" deyərək, qarşlıq göstərib.

Prezident İlham Əliyev Xankəndidə onların qarşısındakı yeni inşa edilən otel barədə Prezident Ərdoğana məlumat verib.

Bu səmimi tarixi görüş regionda sülh və əməkdaşlıq mesajı verən bir an olaraq yadda qalıb.

Ajans.az görüşdən olan qısa videonu sizlərə təqdim edir:

PAYLAŞ:

Sizə daha yaxşı xidmət göstərə bilmək üçün kuki istifadə edirik. Saytı oxumağa davam etməklə siz istifadə qaydaları ilə razılaşmış hesab olunursunuz.