Trampın Ukrayna planının təfərrüatları məlum oldu: ABŞ tərəflərə öz şərtlərini qoydu

Trampın Ukrayna planının təfərrüatları məlum oldu:
Dünya 22-04-2025 - 09:39

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Ukrayna münaqişəsinin həlli planını təqdim edəcəyini bildirib.

Ajans.az “New York Post”a istinadən xəbər verir ki, sənəd atəşkəs rejiminə nəzarət etmək üçün Avropa qoşunlarının yeridilməsini nəzərdə tuta bilər.

Plan bir neçə ay ərzində hazırlanıb, Rusiya və Ukrayna ilə müzakirə edilib. Tramp təfərrüatların yaxın günlərdə məlum olacağını qeyd edib və uğur qazanacağına ümid etdiyini bildirib.

ABŞ administrasiyasının nümayəndəsi aydınlaşdırıb ki, plan atəşkəs əldə edildikdən sonra Avropa qüvvələrinin Ukrayna ərazisinə yerləşdirilməsini nəzərdə tutur. Bu qüvvələr təhlükəsizliyi təmin etməlidir. Kiyev bu cür tədbirlərdə israrlıdır və Vaşinqton bu ideyanı dəstəkləyir.

Sülhməramlı missiyanın yaradılması da nəzərdən keçirilir. O, Rusiya, Ukrayna və NATO üzvü olmayan neytral ölkənin nümayəndələrindən ibarət ola bilər. Missiyanın məqsədi döyüş təmas xəttində atəşkəs rejiminə əməl olunmasına nəzarət etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: