Trampdan İranla bağlı SƏRT AÇIQLAMA

Trampdan İranla bağlı
Dünya 30-06-2025 - 11:32

Amerika Birləşmiş Ştatları İranla danışıqlar aparmır və mümkün nüvə sazişi ilə bağlı ona heç bir təklif irəli sürməyib.

Ajans.az xəbər verir ki, bunu ABŞ prezidenti “Donald Tramp” “Truth Social” sosial şəbəkəsində bildirib.

"Mən İrana heç nə təklif etmirəm. Onlarla danışıqlar belə aparmıram, çünki biz onların nüvə obyektlərini tamamilə məhv etmişik!”, - deyə, Amerika lideri yazıb.

O, həmçinin ABŞ-nin keçmiş prezidenti Barak Obamanı 2015-ci ildə imzaladığı və Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan “axmaq” nüvə sazişi çərçivəsində İrana milyardlarla dollar ödəməkdə ittiham edib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

 

 

Ajans_az Muxbir
Vəzifəsi: Müxbir
PAYLAŞ: