Tramp zəng etmişdi, NATO dağılacaqdı... - Stoltenberq
Dünya
05-10-2025 - 15:45
Donald Tramp ABŞ-ı 2018-ci ildə alyansdan çıxaracağı ilə hədələmişdi.
Ajans.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Mənim növbətçiliyimdə: Müharibə zamanı NATO-nun rəhbərliyi” adlı kitabında yazıb.
“2018-ci ildə NATO-nun Brüssel sammitindən bir neçə həftə əvvəl Tramp mənə zəng edərək bildirdi ki, ABŞ ÜDM-nin 4%-ni müdafiəyə xərcləyir və NATO-nun xərclərinin 80-90%-ni ödəyir, alyansın digər üzvləri isə bundan xeyli az pul ödəyir. Tramp sonra xəbərdarlıq etdi ki, ABŞ-a NATO lazım deyil və oradan çıxa bilər. ABŞ çıxsaydı, alyans bitərdi”, - Stotenberq bildirib.
Mövzular:
Oxşar xəbərlər
Ukrayna kəşfiyyatı: Rusiya bu il 120 minə qədər sürüşmə bombası istehsal et...
Dünya08:15 / 15-11-25