Tələbələrin olduğu avtobus TIR-la TOQQUŞUB

Tələbələrin olduğu avtobus TIR-la
Hadisə 30-09-2025 - 14:39

İranda tibb fakültəsinin tələblərini aparan avtobus TIR-la toqquşaraq yoldan çıxıb.

Ajans.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi Simnan əyalətindəki Simnan-Sorxe avtomagistral yolda olub.

Qəza nəticəsində 2 nəfər ölüb, sürücü də daxil olmaqla başqa sərnişinlər də yaralanıb.

Ölənlərin 20 və 25 yaşlarında qadınlar olduğu vurğulanıb.

Qeyd olunub ki, avtobusda ümumilikdə 11 qadın olub.

PAYLAŞ: