Tehranda içməli su İKİ HƏFTƏ ərzində tükənə bilər
Digər
04-11-2025 - 23:49
İranın paytaxtı Tehran sakinləri üçün əsas içməli su mənbəyi iki həftə ərzində qurumaq təhlükəsi ilə üzləşir.
Ajans.az bu barədə Al Jazeera kanalına istinadən xəbər verir.
Yerli medianın məlumatına görə, ölkəni tarixi quraqlıq bürüyüb.
Bildirilib ki, Tehranı içməli su ilə təmin edən beş su anbarından biri cəmi 14 milyon kubmetr su tutur ki, bu da onun tutumunun səkkiz faizini təşkil edir.
Xəbərdarlığa əsasən, bu səviyyədə su Tehranı yalnız iki həftə təmin edə bilər.