Tanınmış "Youtuber" başqa bir bloger tərəfindən ÖLDÜRÜLDÜ - bu ölkədə

“YouTuber” Finney Da Legend Las-Veqasda məşhur Bellagio oteli və kazinosu qarşısında atışma zamanı həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
Nəşrin məlumatına görə, o, Las-Veqasda canlı yayım edərkən başqa bir blogger ona yaxınlaşaraq atəş açıb. İnternetdə yayımlanan görüntülərdə ən azı yeddi atəş açıldığı görünür.
KVVU-TV-nin məlumatına görə, onunla birlikdə Finninin ortağı da öldürülüb. Videoda onun partnyorunun hücumçuya “Mənimlə zarafat edirsən?” deyə qışqırdığı da eşidilir. Daha sonra kamera yerə atılır.
Hüquq-mühafizə orqanları atəş açan şəxsin və onun qurbanının sosial şəbəkədə mübahisə etdiyini qeyd edib. Bir az sonra 41 yaşlı Manuel Ruiz polisə təslim olub.
“Hazırda şübhəlinin şəxsiyyətini müəyyən etdiyimizi və şübhəli ilə zərərçəkmiş arasında əvvəllər müxtəlif sosial şəbəkələrdə münaqişənin olduğunu nəzərə alsaq, bu, təcrid olunmuş hadisədir”, - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.