Tanınmış "TikToker" canlı yayımda güllənərək ÖLDÜRÜLDÜ - Bu ölkədə

Tanınmış "TikToker" canlı yayımda güllənərək
Dünya 15-05-2025 - 11:06
 857

Valeria Markes Meksikadakı gözəllik salonundan açılan canlı yayımda TikTok izləyiciləri ilə söhbət edərkən bir çatdırılmaçı paketi çatdırmaq üçün qapı zəngini çalıb.

Ajans.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kuryer qıza çatdırılmanı edib, qız, canlı yayımı dayandırmadan, masasında oturarkən abunəçilərə hədiyyələr göstərməyə başlayıb və bir saniyə sonra o, artıq vəfat edib.

Qızın canlı yayımda güllələndiyi bildirilib. Daha sonra kişi telefonun yanına gedib, səs yazısını söndürüb və bir anlıq abunəçilər qatilin üzünü görüblər. Mənbələrin məlumatına görə, Markesin qətlində şübhəli bilinən şəxs onun öz sevgilisidir. Bu hadisə gözəllik blogerinin pərəstişkarları üçün əsl şok olub.

Meksika prokurorluğu qətli araşdırır, qatilin kimliyi və motivləri müəyyənləşdirilir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: