Tanınmış idmançı kəmərini tərk edir

Tanınmış idmançı kəmərini
İdman 14-05-2025 - 10:33

Rusiyalı qarışıq döyüş ustası (MMA) İslam Maxaçev yüngül çəki kateqoriyasında Ultimate Fighting Championship (UFC) çempion kəmərini tərk edəcək.

Ajans.az xəbər verir ki, bu barədə UFC rəhbəri Dana Uayt öz İnstaqram hesabında məlumat verib.

Rus bunu UFC-nin orta çəki dərəcəsində titulu uğrunda döyüşmək xatirinə edəcək. İslam Maxaçevin rəqibi avstraliyalı Cek Della Maddalena olacaq.

Rusiyalı idmançı 2022-ci ilin oktyabrında yüngül çəkidə UFC çempionu olub. Bundan sonra rusiyalı döyüşçü dörd uğurlu titul müdafiəsində rekord qırıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: