Tanınmış futbolçu qəzada öldü

İdman
19-04-2025 - 16:45
Xorvatiya millisinin sabiq üzvü Nikola Pokrivaç faciəvi şəkildə həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
39 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.
Qeyd edək ki, Nikola Pokrivaç Zaqreb “Dinamo”su, “Zalsburq”, “Monako”, “Riyeka”, “Şaxtyor” (Qazaxıstan), “Slaven” kimi klublarda da çıxış edib.