Sumqayıtda fərdi yaşayış evi yanıb

Gündəm
09-05-2025 - 20:51
Sumqayıtda fərdi yaşayış evində güclü yanğın baş verib.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.
Belə ki, evin zirzəmisi və həyətyanı sahədə yerləşən yarımçıq tikilidə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları, canlı qüvvə və texnika cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Mövzular:
Oxşar xəbərlər
Azərbaycanlı Bloger Rusiyada axtarışa verilib - Hüseyn Həsənovdan açıqlama - Yenilənib
Gündəm20:16 / 14-05-25
Baş prokuror Kamran Əliyev Bəhruz Əhmədovu Hərbi Prokurorluğun kollektivinə... FOTOLAR
Gündəm14:43 / 14-05-25