Sudanda PUA hücumu: Azı 40 nəfər ÖLDÜ
Dünya
04-11-2025 - 20:47
Sudanda Şimali Kordofan əyalətinin El Obeid şəhəri yaxınlığında cənazə mərasiminə PUA zərbəsi endirilməsi nəticəsində azı 40 nəfər ölüb.
Ajans.az bu barədə BBC-yə istinadən xəbər verir.
Qeyd edək ki, neftlə zəngin Kordofan bölgəsində yaraqlılarla Milli Müdafiə Qüvvələri arasında döyüşlər son günlər daha da şiddətlənib.