“Siz yola gedirsiniz?” – Trampdan İlham Əliyevə sual

“Siz yola gedirsiniz?” –
Dünya 13-10-2025 - 23:00

ABŞ Prezidenti Donald Tramp Misirdə Yaxın Şərq Sülh Sammitində Azərbaycan–Ermənistan münasibətlərinə toxunub.

Ajans.az Globalinfoya istinadən xəbər verir ki, Tramp Azərbaycan Prezidenti İlham Əliyevə üzünü tutaraq sual verib:

“Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır”.

PAYLAŞ: