Şimali Koreyanın keçmiş lideri VƏFAT ETDİ
Dünya
04-11-2025 - 17:38
1998–2019-cu illərdə Şimali Koreya (KXDR) Konstitusiyasına əsasən dövlətin ən yüksək vəzifəli şəxsi olan Kim Yon Nam 97 yaşında xərçəngdən vəfat edib.
Ajans.az xəbər verir ki,bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
KCNA-nın məlumatında bildirilir:
"Kim Yon Namın həyatı ən yüksək şərəf, saf sədaqət və böyük qabiliyyətlə inqilaba sadiq qalan, Partiyanın və liderin qayğısı ilə əhatə olunmuş bir inqilabçının parlaq həyatı idi."
Leyla Bayandurlu
Vəzifəsi: Müxbir