Serbiya prezidenti: "Bütün ölkələr müharibəyə hazırlaşırlar"
Dünya
05-10-2025 - 14:50
"Bütün ölkələr qlobal hərbi münaqişəyə hazırlaşırlar".
Ajans.az "Kurir" nəşrinə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
Serbiya lideri qeyd edib ki, bütün ölkələr müharibəyə fəal hazırlaşır və bu, toqquşmanın baş vermə ehtimalının yüksək olduğunu göstərir.
O, genişmiqyaslı münaqişənin qaçınılmazlığına əminliyini ifadə edib.
Vuçiç, həmçinin əlavə edib ki, hazırkı beynəlxalq gərginliyi nəzərə alaraq, hər bir dövlət öz mövqeyini müəyyənləşdirir və hansı tərəfə qoşulacağına qərar verir.
Mövzular:
Oxşar xəbərlər
Ukrayna kəşfiyyatı: Rusiya bu il 120 minə qədər sürüşmə bombası istehsal et...
Dünya08:15 / 15-11-25