Şəmkirdə "Niva" yandı

Şəmkirdə "Niva"
Hadisə 14-10-2025 - 17:59

Şəmkirdə yanğın hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü B.Rzayeva məxsus "VAZ 2121" NİVA markalı minik maşınında yanğın olub. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddət ərzində söndürülüb, minik maşınının qalan hissəsi yanğından mühafizə edilib.

Fakt araşdırılır. / unikal.az

PAYLAŞ: