Şəmkirdə müəllimlər qəzaya düşdü - Biri öldü

Şəmkirdə müəllimlər qəzaya düşdü -
Hadisə 11-06-2025 - 12:08

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

***

Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub.

Hadisə nəticəsində avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılova ölüb.

Avtomobilin sürücüsü, 2001-ci il təvəllüdlü Ş.Huseynova və sənrnişin 2021-ci il təvəllüdlü Əli Cavanşir oğlu xəsarət alıb.

Məlumata görə, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləridir.

PAYLAŞ: