Şəhid övladının problemini Ajans.az İŞIQLANDIRDI- “Azəriqaz” HƏLL ETDİ

Şəhid övladının problemini Ajans.az İŞIQLANDIRDI-
Cəmiyyət 04-11-2025 - 15:28

Daha əvvəl paylaşdığımız xəbərdə Bərdə rayon sakini, “Azəriqaz” İstehsalat Birliyinin yerli şöbəsində çalışan şəhid övladı Tural Əsgər oğlu Mehdiyevin iş yerində ona qarşı haqsız münasibətlə rastlaşdığını xəbər vermişdik.

Məsələ ilə bağlı Ajans.az “ Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. 

Qurumdan bizə bildirildi ki, əməkdaşların peşə bölgüləri müvafiq müsahibə və imtahanlar nəticəsində müəyyən edilir. İmtahandan alınan nəticə ilə hər bir əməkdaş uyğun yerlərdə vəzifə tuturlar. 

İmtahanların hər biri şəffaf keçirilir. Süni şəkildə yerdəyişmə hallarına yol verilmir. 

Həmçinin, aydınlıq gətirildi ki, şikayət Tural Mehdiyevin problemi tam şəkildə həllini tapıb. Həmin şəxs öz vəzifəsində qalır.

Zərif Sofiyeva
Vəzifəsi: Müxbir
PAYLAŞ: