"Scarface" ulduzu VƏFAT ETDİ

"Scarface" ulduzu
Şou Biznes 12-06-2025 - 10:30

Amerikalı səhnə və kino aktyoru Harris Yulin vəfat edib.

Ajans.az “People” istinadən xəbər verir ki, onun 87 yaşı var idi.

Harris Yulinin Nyu-Yorkda ürək tutmasından dünyasını dəyişdiyi bildirilir. Digər təfərrüatlar verilmir.

Harris Yulin “Mr. Bean” bədii filmindəki rolu və “Ozark” serialı ilə tanınıb. Karyerasına 1963-cü ildə teatr rolları ilə başlayıb, 7 il sonra isə teatr rejissoru kimi fəaliyyət göstərib və ilk filmində rol alıb. Ümumilikdə onun 100-dən çox filmi var, o, həmçinin “Scarface” filmində də rol alıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: