Sançez Aİ-dən bunu TƏLƏB ETDİ

Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın elan etdiyi tariflərdən sonra Çinlə münasibətlərinə yenidən baxmalıdır.
Ajans.az xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançes deyib.
"Ticarət müharibəsi heç kimin maraqlarına uyğun deyil. Ticarət müharibəsindən heç kim qalib gəlmir. Bütün ölkələr itirir, xüsusən də işçilər və orta sinif", - siyasətçi qeyd edib.
İspaniya baş nazirinin fikrincə, ABŞ siyasəti Avropanı yeni tərəfdaşlar tapmaqda öz yanaşmasına yenidən baxmağa məcbur etməlidir. Sançes yeni reallıqlara uyğunlaşmağa çağırıb: o cümlədən Avropanın Çinə, eləcə də Çinin Avropaya qarşı mövqeyinin dəyişdirilməsi.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Çindən Ukrayna böhranının həllində kömək istəyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.