Salah 3-cü dəfə ilin futbolçusu seçildi

Gündəm
09-05-2025 - 20:33
Futbol Yazarları Assosiasiyasının (FWA) versiyasına əsasən İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Ajans.az xəbər verir ki, “Liverpul”un futbolçusu Məhəmməd Salah ən yaxşı seçilib.
Misirli vinger üçüncü dəfə bu mükafata layiq görülüb. 32 yaşlı oyunçu 2017/18 və 2021/22 mövsümlərində də eyni mükafatı alıb.
Qeyd edək ki, Məhəmməd Salahın formasını geyindiyi “Liverpul” İngiltərə çempionluğunu rəsmiləşdirib.
32 yaşlı futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 35 oyunda 28 qol vurub, 18 qol ötürməsi edib.
Forvard 2017-ci ildən “Liverpul”un formasını geyinir.
Mövzular:
Oxşar xəbərlər
Azərbaycanlı Bloger Rusiyada axtarışa verilib - Hüseyn Həsənovdan açıqlama - Yenilənib
Gündəm20:16 / 14-05-25
Baş prokuror Kamran Əliyev Bəhruz Əhmədovu Hərbi Prokurorluğun kollektivinə... FOTOLAR
Gündəm14:43 / 14-05-25