Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Oktyabrın 18-i saat 09:00-a olan faktiki hava açıqlanıb.
Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə leysan intensiv olub, Şahdağa qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 30, Lerikdə 20, Oğuzda 8, Zaqatalada 7, Yardımlıda 6, Qubada 5, Xızı, Bakı və Abşeron yarımadasında 4, Qəbələ və Şabranda 3, Zərdabda 2, Yevlax, Neftçala, Balakən, Göyçay, Qax (Sarıbaş), Şəki, İsmayıllı, Şamaxı, Qusar, Sabirabadda 1 mm olub.
Daşkəsən, Gədəbəy, Naftalan, Zaqatala, Qax (Sarıbaş), Şəki, Şamaxı, Xızı, Qusar, Quba və Göyçayda duman müşahidə olunub. Görünüş 200 metrədək məhdudlaşıb.