Şabranda ağır qəza: 1 ölü, 1 yaralı

Hadisə
27-05-2025 - 16:44
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin anbaan görüntüsü yayılıb.
Ajans.az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Heydər Əliyev prospekti ilə hərəkətdə olan VAZ-21011 markalı avtomobilin qəza anı əks olunub.
Sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb və sürücü hadisə yerində həyatını itirib.