Sabirabadın 9 kəndi QAZSIZ QALDI

Hadisə
16-05-2025 - 20:00
Qəza Sabirabadın 9 kəndini qazsız qoyub.
Qəza səbəbilə Sabirabad rayonun 9 kəndində qaz təchizatı dayandırılıb.
Ajans.az xəbər verir ki, buna səbəb Sabirabad rayon kəndlərini təbii qazla təmin edən diametri 315 mm-lik PE yeraltı qaz kəmərininin Qaralı kəndi ərazisindən keçən hissəsini "Hunday" markalı ekskavator tərəfindən qazıntı işləri aparan zaman zədələnmədir.