Sabirabadda yanğın - 5 nəfər xəsarət aldı, 2 nəfər zəhərləndi

Hadisə
10-04-2025 - 09:24
Sabirabadda evdə yanğın olub.
Bu barədə Ajans.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonunun Bala Həşimxanlı kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 5 nəfər yanıq xəsarəti alıb, 2 nəfər tüstüdən zəhərlənib. Bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.