Rusiyada FACİƏ: Goranboylu gənci QATAR VURDU
Hadisə
04-11-2025 - 23:11
Rusiyada Goranboy sakinini qatar vurub.
Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Rusiyanın Krasnodar şəhərində qeydə alınıb.
Belə ki, Goranboy şəhər sakini 2008-ci il təvəllüdlü P. Bağırovu şəhər ərazisində qatar vurub.
Yeniyetmə oğlan aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.
Mərhum doğulduğu Goranboy şəhərində dəfn ediləcək. Yeniyetmənin ölümü ilə bağlı Rusiya hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
Hadisə23:04 / 14-11-25