Rusiya yenə Xarkovu vurdu: ÖLƏN VƏ YARALANANLAR VAR

Dünya
11-06-2025 - 08:14
İyunun 11-nə keçən gecə Rusiya ordusu yenidən Xarkov şəhərinə PUA-larla hücum həyata keçirib.
Ajans.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terekov məlumat verib.
Onun sözlərinə görə, azı 2 nəfər ölüb, 37 sakin yaralanıb. Xəsarət alanlar arasında 5 uşaq da var.
Bildilir ki, çoxmərtəbəli binalara, fərdi evlərə, uşaq meydançalarına, müəssisələrə və ictimai nəqliyyata birbaşa zərbələr endirilib.
Şəhər meri deyib: “Biz bir-birimizə kömək edirik. Mütləq möhkəm dayanacağıq. Xarkov Ukraynadır. Onu sındırmaq olmaz".