Rusiya bu şəhəri atəşə tutdu - ölənlər var

Dünya
22-05-2025 - 19:30
Ukraynanın Berislav şəhərinin atəşə tutulması nəticəsində iki nəfər ölüb
Ukraynanın Xerson vilayətinin Berislav şəhərinin artilleriya atəşinə tutulması nəticəsində iki nəfər ölüb.
Ajans.az xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin özünün teleqram kanalında məlumat verib.
“Bu atəş 54 yaşlı qadın və 64 yaşlı kişinin həyatına son qoyub”, - o yazıb.